09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Gündəlik Bürclər - 09.12.2021

9.12.2021 - 144 - Astralogiya

Qoç
Özünüzə qarşı tələbkar və tənqidçisiniz. Bunun faydası var. Yaxşı olar ki, bu günə böyük miqyaslı planlar qurmayasınız. Sadəcə, gündəlik işlərlə məşğul olun. Nəhayət ki, əmək haqqınızın yüksəlməsinə nail olacaqsınız.

Buğa
Hadisələr gözlədiyiniz kimi cərəyan etməyəcək. Rəsmi orqanlarla müqavilə imzalamaq məcburiyyətində qalacağınız ehtimalı var. Istədiyinizə çatacaqsınız, amma buna xeyli vaxt sərf edəcəksiniz. Ailədə kompromislərə hazır olun, bunsuz sülhü bərqərar etmək çətin olacaq.

Əkizlər
Başqalarının diqqətini çəkməyən xırda məsələlərə köklənsəniz, uğurlu nəticə əldə edəcəksiniz. Münasibətlərdəki gərginliyi yumor hissinizlə aradan qaldıracaqsınız. Ictimai tədbirlərdə çıxış etmək üçün ən əlverişli gündür. Yeni tanışlıqdan faydalanacaqsınız. Hərçənd ki, siz bu tanışlıqdan ilk baxışdan məmnun qalmayacaqsınız.

Xərçəng
Fəlsəfi suallara cavab axtarmaq üçün əlverişli gündür. Köhnə tanışlardan birindən xəbər eşidəcəksiniz. Sizə xəbər gəlincə, narahatverici söz-söhbətlər gəzəcək. Təşvişə düşməzdən əvvəl informasiyanı yoxlayın. Ehtimal ki, kimsə sizi xəbərlərilə dolaşığa salmaq niyyətindədir.

Şir
Qeyri-adi uğurlar gözlənilməsə də, ümumilikdə xoş gündür. Əlinizdə olan işlərə marağınız azalacaq. Bu üzdən bir balaca fasilə verməyiniz xeyrinizə olar. Yaxşı olar ki, ekskursiyaya, xüsusilə də romantik səyahətə çıxasınız. Bu gün bəzi “Şir”lərin əhvalı uşaqlarla təmasda olarkən qalxacaq.

Qız
Çalışın bu gün səhvə yol verməyəsiniz. Əks halda onun peşmançılığını çox çəkəcəksiniz. Sövdələşmə imzalamaq, kommersiya işlərilə məşğul olmaq, maliyyə məsələlərini yoluna qoymaq baxımından əlverişli gündür. Bu gün alış-veriş də etmək olar.

Tərəzi
Hadisə dolu gündür. Elə buna görə də gün yadda qalacaq. Istənilən məsələnin müzakirəsi üçün münasib gündür. Əvvəlcədən qurduğunuz plan əsasında səyahətə çıxsanız, uğurlu olacaq. Axşam saatlarında səhhətinizin pisləşəcəyi ehtimalı da var.

Əqrəb
Sakit gündür. Heç bir xırda detal gözünüzdən yayınmayacaq. Səliqə tələb edən işlərlə məşğul ola bilərsiniz. Yaxınlarınızı düzgün anlamayacaqsınız, bəzi “Əqrəb”lər mənasız yerə hirslənəcəklər. Xoşbəxtlikdən ciddi konfliktlər baş verməyəcək.

Oxatan
Gün müxtəlif tədqiqatların aparılması üçün münasibdir. Gözlənilməz xəbərlər sizi daha da ruhlandıracaq və siz bundan da yaxşısını edə biləcəyinizə inanacaqsınız. Həyat yoldaşınız olacaq adamla tanışlıq ehtimalı da da bu günə təsadüf edir.

Oğlaq
Gün yeni başlanğıc və maraqlı ideyalarla zəngin olacaq. Bu gün daha çox ətrafdakıların qayğısına qalacaqsınız. Müsabiqəyə qatılmaq üçün məhsuldar gündür. Yarınızla bağlı xoş xəbərə sevinəcəksiniz. Şəxsi müstəvidə baş verənlər pozitiv xarakter daşıyacaq.

Dolça
Maraqlı və məhsuldar gündür. Ətrafdakılarla ünsiyyət sizin üçün cansıxıcı görünsə belə, özünüzə qapılmağınız məsləhət görülmür. Sizin ünsiyyətə ehtiyacınız var. Böyük məbləğli alış-veriş edə bilərsiniz. Bürcün qadın nümayəndələrini imic dəyişikliyi gözləyir.

Balıqlar
Bu gün işiniz çox olacaq. Seçim qarşısında qalcaqsınız; evdəki problemləri həll etmək, yoxsa işdəki tapşırıqları yerinə yetirmək. Istənilən halda seçiminizdən iki tərəfdən biri narazı qalacaq. Gün həyəcan və narahatlıqla zəngin olacaq deyə, hisslərin təsiri altında verəcəyiniz qərar yanlış ola bilər. Daha təcrübəli şəxslərin məsləhətinə qulaq asın.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti