9.12.2021 - 102 - Dünya
2013-cü ildə "America's Got Talent" yarışında özünü sınayan, müğənni Skayler Hiks Cənubi Karolina ştatının Liberti şəhərində vəfat edib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı gənc ifaçının cəsədi dekabrın 6-da dostunun evində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb. Ailəsinin verdiyi məlumata görə, gənc müğənninin psixoloji problemləri olub.
Skayler depressiyadan və narkotik vasitələrdən asılılıqdan müalicə alırmış. İfaçının anası qızının cəsədi aşkarlanan evin sahibini tanımadığını da vurğulayıb. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Skaylerin iki il eşq yaşadığı 29 yaşlı sevgilisi də bu ilin mayında avtomobil qəzasında dünyasını dəyişib.