11.12.2021 - 189 - Mədəniyyət
Xalq artisti Ramiz Novruzun səhhətində problem yaranıb və təcili xəstəxanaya yerləşdirilib.
SHOWXEBER.AZ ilkxeber.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu Cavidan Novruz məlumat verib. O bildirib ki, atasına mədə xərçəngi diaqnozu qoyulub.
Cavidan qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Hazırda aktyorun vəziyyəti qənaətbəxşdir.