19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

“Yanan da mən, yaman da” – Məzar daşı qalmaqalı

13.12.2021 - 115 - Maqazin

Müğənni Roza Zərgərli mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadəyə cavab verib.

OLAY yazır ki, o, “Elgizlə izlə” proqramına canlı bağlantı ilə qoşulub, Roza deyib ki, sənətçinin məzar daşının qoyulmaması məsələsini işıqlandırmaqda pis niyyəti olmayıb:

“7 il “Bakı vaxtı ilə” proqramının aparıcısı olmuşam. Hər zaman sənətkarlar və ailələri mənim üçün üstün olub. Efirdə bu söhbət qəfildən yarandı.

 Mən dedim ki, onun balaları bizim qardaş-bacılarımızdır. Yalçın müəllimi də yaxşı tanıyıram. Deməli, fanatları gediblər baş çəkməyə, görüblər ki, məzar daşı qoyulmayıb, bunu da bizə dedilər. Mən də dedim ki, ölməmişik. Sabah mən də həyatda olmayanda istəyərəm ki, davamçılarımız övladlarımın yanında belə dayansın. Oğlu zəng edib deyə bilər ki, Roza xanım, bu məsələdən danışılıb, amma gələn dəfə başqa cür deyərsiz. Yoxsa, oradan kobud şəkildə demək lazım deyil ki, hərəmiz 200 manatdan pul verə bilərik. Çünki Yalçın müəllimin özü kübar olub. Amma saytdan istifadə edib, bu cür sözlər səsləndirməsi düzgün deyildi. Yanan da mən, yaman da”.

Qeyd edək ki, R. Zərgərlinin aparıcısı olduğu “Tam vaxtıdır” verilişində Yalçın Rzazadənin ailəsinin məzar daşı düzəltdirməyə imkanı olmadığı deyilib və sənət adamlarına yardım üçün səslənib. Bunun ardınca M. Rzazadə açıqlama verərək bu iddiaların yalan olduğunu, atasına heykəl hazırlatdıqlarını söyləyib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti