12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

2021-ci ildə dünyasını dəyişən sənətçilər - SİYAHI

13.12.2021 - 236 - Maqazin

2021-ci bitməsinə artıq sayılı günlər qalıb. Geridə qoyduğumuz il sənət aləmində çox sayda itkilərimizin olması ilə yaddaşlarda qaldı. Həmin sənətçilərin bir çoxu dünyanın qurtulmaz bəlasına çevrilən COVİD-19-dan dünyasını dəyişib.

Bizim.Media 2021-ci ildə vəfat edən sənət adamlarının siyahısını təqdim edir:

Tanınmış bəstəkar Nailə Mirməmmədli 2021-ci il yanvarın 4-də ürək infarktı keçirərək dünyasını dəyişib.



Xalq artisti Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra fevral ayının 22-si 74 yaşında vəfat edib. 


Xalq artisti, sevilən aktyor Ramiz Məmmədov bu il mart ayının 21-də xərçəng xəstəliyindən vəfat edib. 


Hər kəsin “Rəmiş” olaraq sevdiyi Xalq artisti Rafiq Hüseynov da bu il aprelin 5-də vəfat edib. O, ağ ciyərində olan problemlərdən əziyyət çəkirdi. Ölüm diaqnozu isə koronavirus səbəbi ilə olduğu açıqlanıb.

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu il aprelin 16-da ürəyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Əməkdar artist Baloğlan Əşrəfov bu ilin 26 aprelində koronavirus səbəbi ilə dünyasını dəyişib.


Xalq artisti Arif Quliyev bu ilin mayında koronavirus infeksiyasına yoluxub. O, müalicə alsa da, mayın 7-də xəstəxanada dünyasını dəyişib.


Qazaxıstanda dünyaya gələn müğənni Aslan Hüseynov bu ilin may ayının 4-ü avtomobil qəzasında dünyasını dəyişib. Sənətçi Gəncədən gələrkən yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.


Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca da bu ilin mayının 5-i vəfat edib.


Xalq şairi Musa Yaqub bu ilin 7 mayında 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, şair parkinson xəstəliyindən əziyyət çəkirdi.



Xalq rəssamı Tahir Salahov 21 mayda Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.


Əməkdar artist Zöhrə Abdullayeva da 2021-ci ildə itirdiyimiz sənətkarlardan biri olub. O, mayın 28-də uzun sürən “sklerodermiya” xəstəliyindən dünyasını dəyişib.


Xalq artisti Ramiz Əzizbəyli də bu ilin yayında koronavirusa yoluxub. Aktyor yerləşdirildiyi xəstəxanada iyunun 9-da dünyasını dəyişib.


Dövrünün “toylar kralı” sayılan, xalq artisti Səməd Səmədov iyulun 24-də dünyasını dəyişib. Onun ölümünə səbəb isə koronavirus olub.


Məlahətli səs sahibi, sevilən müğənni Səyyad Əlizadə sentyabrın 30-da koronavirus infeksiyası səbəbi ilə vəfat edib.


Xalq artisti Canəli Əkbərov bu ilin 22 oktyabrında 81 yaşında dünyasını dəyişib. Xanəndə II Fəxri Xiyabanda dəfn edilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti