09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

“Yeni ölümcül virus meydana gəlir” - 2022-ci il üçün şok PROQNOZLAR

14.12.2021 - 132 - Astralogiya

Dünyanın ən sirli qadınlarından biri kimi tanınan, məşhur görücü Vanqanın 2022-ci il üçün proqnozları üzə çıxıb. O, 2022-ci il üçün  heç də yaxşı proqnozlar vermir.

SHOWXEBER.AZ  Türkiyə mətbuatına istinadən Vanqanın növbəti il üçün olan proqnozlarını təqdim edir:

1. Təbii fəlakətlər - zəlzələ və sunamilər

2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2022-ci il üçün də eyni proqnoz verib. O, oxşar təbii fəlakətin Avstraliya ilə yanaşı, bir çox Asiya ölkələrində də baş verəcəyini irəli sürüb. Bu bölgələrdə sel fəlakətlərinin yaşanacağı proqnozlaşdırılır.

2. Yeni ölümcül virus 

Koronavirus epidemiyasının “Omicron” variantı ilə dünyaya təsirini davam etdirdiyi bir vaxtda Vanqa yenə yeni fəlakətin siqnalını verib. Vanqa Sibirdə ölümcül bir virusun meydana gələcəyini açıqlayıb. Məlumatda donmuş ərazidə gizlənən ölümcül virusun qlobal istiləşmə ilə birlikdə ortaya çıxacağı qeyd edilib. Həmçinin virusun yayılacağı və tez nəzarətdən çıxacağı proqnozları arasındadır.

3. İçməli su böhranı 

Vanqanın gələn il üçün proqnozları arasında içməli su böhranı da var. Vanqanın açıqlamalarına münasibət bildirən ekspertlər bir çox şəhərlərdə içməli su qıtlığının yaranacağını, əhalinin artması və çirklənmə səbəbindən su probleminin geniş miqyas alacağını bildiriblər.

4. Yadplanetlilərin hücumu

Bir müddətdir gündəmdə olan “Oumuamua” adlı meteorit həm forması, həm də miqaysı ilə elm adamlarında maraq oyadıb. Vanqanın proqnozlarını şərh edənlər bu meteoritin yadplanetlilər tərəfindən göndərildiyini və yerdəki həyatı tədqiq etmələrini ehtimal edirlər.

5. Aclıq 

Vanqa dünyanın ən çox əhalisi olan ölkələrdən biri sayılan Hindistanda çox geniş miqyaslı qıtlığın olacağını açıqlayıb. O,  Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırıb. Məşhur kahinlər bu proqnozu çəyirtkə və buna bənzər canlıların tarlaları zəbt edərək məhsullara zərər verməsi ilə əlaqələndirir.

6. Virtual Reallıqlar

Vanqanın şərhlərini qiymətləndirən bəzi ekspertlər “İnsanların bədəni dik olmayacaq, donqarlı olacaq” sözlərini də dəyərləndirib. Mütəxəssislər Vanqanın bu açıqlamasını yozarkən virtual reallıq və insanların planşet, telefon və ekran qarşısında çox vaxt keçirməsinin nəticəsi olaraq bellərinin o hala düşəcəyini bildiriblər.

//bizim.media


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti