15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

Şimali Koreyada yeddi nəfər musiqi kliplərini izlədikləri üçün edam olunub

16.12.2021 - 77 - Dünya

Şimali Koreyada ən azı yeddi nəfər cənublu pop qrupların kliplərini izlədikləri və ya yaydıqları üçün edam edilib.


Bu barədə Seulda yerləşən qeyri-hökumət insan haqları təşkilatı TJWG-nin təqdim etdiyi hesabatda bildirilib.

Sənədə əsasən, təşkilat 2015-ci ildən bəri KXDR-dən olan 683 qaçqınla ictimai edam və dəfn yerlərinin xəritəsini tərtib etmək üçün müsahibə aparıb. Qurum tərəfindən Şimali Koreyanın hazırkı lideri Kim Çen Inın dövründə 23 belə edamın sənədləşdirdiyi, onlardan bəzilərinin pop musiqisilə əlaqəli olduğu qeyd edilib.

Həmçinin, məhkumların ailə üzvləri, eləcə də yerli sakinlərin edamlarda iştirak etməyə məcbur olunduğu vurğulanıb. Ölüm cəzasına məhkum edilənlərin hər biri üç əsgərin açdığı cəmi doqquz güllə ilə öldürülüb.

Xatırladaq ki, Kim Çen In pop mədəniyyətini gəncləri korlayan “bədxassəli şiş” adlandırıb. Onun sözlərinə görə, bu “şiş” “gənc şimali koreyalıların geyimlərini, saç düzümlərini, danışıqlarını, davranışlarını” korlayır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti