12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Afət “İnstagram”da izləyici sayı ilə öyünənlərə səsləndi: “Zooparkda meymunlara da..."

16.12.2021 - 111 - Maqazin

Şou nümayəndələri arasında “İnstagram”da izlənilmə yarışması davam edir. İzlənilənlər arasında ən çox ifaçı Afət Fərmanqızı yer alır. 

 Afət Fərmanqızı Moderator.az-a açıqlamasında bunu müasir dövrün tələbi hesab edib:
“Zooparkda da meymuna baxanların sayı çox olur. Amma baxır nə cür baxıcı. Bir var sənət göstərən, bir də var ki... İndi yeni çıxan “ifaçılar” gedib alçipanla özlərini yığdırıb, 180  dərəcə dəyişirlər. Oxumaqları da yoxdur. Oxumağı olub, özlərini bu günə qoysalar, deyərsən cəhənnəm. Amma sənəti olmayıb, bədən nümayiş etdirmək, dodaq  şişirtmək, saç qaynağı etdirmək... Əllərinə təzə mikrofon alan kimi tez saçlarına qaynaq qoydurub, yekə dodaq şişirdirlər, qaşlarını da qırxıb göyə qaldırır, dodağını da ördək kimi edir, yan tərəflərə də alçipan vurub olurlar müğənni. Qurunun oduna yaş da yanır. Sənəti olub bunu etsələr, camaat da  heç nə deməz. Deyərlər ki, əşşi, kişini qızı oxuyur də, amma... 

Mən 2016-cı ildən “İnstagram”dayam, ona görə də orada izləyicim bir milyona yaxındır. Digər sənət yoldaşımlar isə 2011- ci ildən oradadılar. Onların izlənmə sayı məndən ona görə çoxdur. Yalandan saxta izləyici sayı istəsəydim 3 milyonu keçərdim. Mənə belə sevgi lazım deyil. Belə olanda bilirəm ki, məni sevənlər nə qədərdir.
 
İfaçıya Şövkət Ələkbərova və bu kimi sənətçilərin dövründə izlənmə sayı olmadığı halda o dövrün ifaçılarının daha çox məşhur olduğunu dedikdə isə bildirdi ki, hər dövrün öz tələbatı var:  

“Şövkət Ələkbərovanın vaxtında "Moskviç" ən bahalı maşın idi, indi onu maşın hesab edən yoxdur. Dünya ixtiralar edir, kosmosa çıxır, ayda torpaq alıb ev tikirlər, biz nəyi müzakirə edirik”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti