16.12.2021 - 89 - Dünya
Türkiyə lirəsi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Bu gün səhər saatlarında birjalarda bir dolların qiyməti 15 lirə həddini keçib.
Bizim.Media "ForEx" göstəricilərinə istinadən xəbər verir ki, son birja günü ərzində lirə dollara nəzərən 2 faizə yaxın ucuzlaşıb.
Hazırda birjalarda 1 ABŞ dolları 15,05 lirə ətrafında alınıb-satılır. Səhər saatlarında bir dollar 15,28 lirəyədək yüksəlb.
Xatırladaq ki, Türkiyə lirəsi son iki ayda dollara nisbətdə 60 faizə yaxın ucuzlaşıb.