16.12.2021 - 103 - Maqazin
Tanınmış meyxanaçı Ağamirzə Məmmədov “1 dəqiqə” verilişində qonaq olarkən gənc həmkarlarından danışıb.
OLAY yazır ki, o, “sizcə, ən güclü meyxanaçı kimdir?”- sualını cavablandırıb. Ağamirzənin cavabı Rəşad Dağlıdır:
“Mən düzünü danışıram, sonra pis oluram. Mənim fikrimcə, Rəşad Dağlıdır. Pərviz Bülbülə də musiqili meyxanada, şirinlikdə əladır.
Bunu danmaq olmaz, yalandan demək də lazım deyil. Allah Rəşada sənət verib”.