12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

İfası ilə ürəkləri fəth edən Fatimə sən demə erməni müəllimi universitetdən qovduran qız imiş… - VİDEO

17.12.2021 - 194 - Maqazin

Bir neçə gün öncə Türkiyənin NetD kanalında klipi yayımlanan və ifası ilə dinləyicilərin ürəyini fəth etməyi bacaran Fatimə Şirəliyeva haqda maraqlı məqam ortaya çıxıb. 

 

Belə ki, sən demə Fatimə Polşanın Lodz Universitetində təhsil alarkən erməni müəllimin düşmənçilik mövqeyi ilə üz-üzə qalıb. Lodz Universitetinin erməni professoru Krakovyan düşmənçilik mövqeyindən çıxış edərək azərbaycanlı olduğu və Dağlıq Qarabağ mövzusuna müraciət etdiyi üçün F.Şirəliyevanı qəsdən imtahandan kəsib. Müəllim-tələbə münasibətlərinin düşmənçilik üzərində qurulmasının yolverilməz olduğunu bildirən F.Şirəliyeva professordan bu yanaşmanı gözləmədiyini söyləyib:

"Əslində, Krakovyan bizim fənn müəllimimiz deyildi. Öz müəllimimiz məzuniyyətdə olduğundan bizim dərslərimizi tədris etmək ona tapşırılmışdı. O, mənim azərbaycanlı olduğumu bildiyi andan etibarən mənə qarşı aqressivlik nümayiş etdirir, məni digərlərindən seçir, düşmən münasibəti bəsləyirdi.

Hətta Krakovyan telefonumu stolun üstünə qoyduğuma görə mənə irad tutdu və düşmən mövqedən çıxış edərək mənə dedi ki, siz azərbaycanlılar şöhrətpərəstliyi o qədər çox sevirsiniz ki, telefonunu nümayiş etdirirsən. Təbii ki,onun bu sözlərini cavabsız qoymadım. Bütün bunları gördükdən sonra bu haqda anama dedim.
 
Anam valideyn narahatlığı ilə hətta təhsilimi yarımçıq qoyub geri qayıtmağımı məsləhət gördü. Amma mən haqqımı tələb edərək uğur qazanacağımı bilirdim. Mən ilk Avropa Oyunlarında iştirak etmişəm. Biz ölkəmizdəki idman yarışlarına qatılan erməni nümayəndələrinə həmişə yaxşı münasibət bəsləmişik. Öz növbəmdə mən də müəllimimdən həmin münasibəti gözləyirdim, amma bunun əksini gördüm.

Dərslərdə iştirak etdikcə onun mənə qarşı digərlərindən fərqli və aqressiv reaksiyalarını hiss edirdim. Bu münasibəti gördükcə mən də imtahan üçün seçdiyim mövzunu dəyişərək Dağlıq Qarabağla bağlı mövzu ilə əvəzlədim. Dağlıq Qarabağ haqqında danışanda türk tələbələr məni alqışladılar. O, mənim sözümü kəsdi və qiymətimi özümə deyəcəyini bildirdi.
 
İmtahan cavabları bəlli olanda nəticəmin qənaətbəxş olmadığını gördüm və bununla bağlı universitetin dekanlığına müraciət etdim.
 
Dekanlıqdan mənə həmin müəllimin 15 illik fəaliyyətində hər hansı haqsızlığa yol vermədiyini bildirdilər. Mən bununla kifayətlənmədim, universitetin rektoruna və digər qurumlara müraciət etdim. Onlar məni dinləyərək haqlı olduğumu bildilər və layiq olduğum qiyməti mənim imtahan nəticəmə əlavə etdilər.

Bununla yanaşı, ali təhsil müəssisəsinin rəhbərliyi həmin müəllimi universitetdən kənarlaşdırdı.

 Məqsədim kimisə işsiz qoymaq və düşmənçilik aparmaq deyildi, ancaq müəllimə yaraşmayan bu münasibət onun lazımi cəzanı alması ilə nəticələndi"


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti