17.12.2021 - 144 - Maqazin
Xalq artisti Tünzalə Ağayeva 20 il əvvəlki görüntüsünü paylaşıb.
SHOWXEBER.AZ xəbər verir ki, müğənni ilk albomunun işıq üzü görməsindən 20 il keçdiyini bildirib.
"Budur - başı çalmalı, yaylıqlı Tünzalənin 20 il öncə çıxan ilk albomu. İndi bütün rəqəmsal platformalarda. İlk imicimin müəllifləri Zümrüd Mirzəliyeva (modelyer - red.) və prodüserim Yalçın Cabbarovun yaxından iştirakı oldu. Nəticədə Tünzalə obrazı yaddaşlara həkk olundu, gənc qızlar arasında yaylıq tendensiyasını yaratdı" deyə, Tünzalə paylaşımında qeyd edib.//axsam.az