17.12.2021 - 120 - Dünya
Türkiyə lirəsi ABŞ dolları qarşısında ucuzlaşmağa davam edir.
SHOWXEBER.AZ TRT-yə istinadən xəbər verir ki, axşam saatlarına 1 dollar 17,40 lirəyə çatıb.
Bu, gün ərzində 8 faiz ucuzlaşma deməkdir. Ümumlikdə isə lirə son 2 ay ərzində dollara nisbətdə 60 faizə yaxın ucuzlaşıb.
Qeyd edək ki, İstanbul Fond Birjası türk lirəsinin çökməsi fonunda fəaliyyətini dayandıracağını açıqlayıb.