11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM

20.12.2021 - 616 - Manşet

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

SHOWXEBER.AZ xəbər verir ki, sərəncamla “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 noyabr tarixli 2995 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1-ci bəndin ikinci abzasında “300” rəqəmləri “360” rəqəmləri ilə, üçüncü abzasında “180” rəqəmləri “216” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.2-ci bəndin ikinci abzasında “170” rəqəmləri “204” rəqəmləri ilə, dördüncü abzasında “145” rəqəmləri “174” rəqəmləri ilə, beşinci abzasında “120” rəqəmləri “144” rəqəmləri ilə, altıncı abzasında “80” rəqəmləri “96” rəqəmləri ilə, səkkizinci abzasında “130” rəqəmləri “156” rəqəmləri ilə, doqquzuncu abzasında “110” rəqəmləri “132” rəqəmləri ilə, onuncu abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin;

1.3. 1.3-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin;

1.4. 1.4-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti