20.12.2021 - 108 - Maqazin
İspaniyalı bariton, "İl Divo" qrupunun üzvü Karlos Marin koronavirusdan vəfat edib.
Axşam.az xəbər verir ki, dekabrın 7-dən virusa yoluxan ifaçının vəziyyəti getdikcə ağırlaşıb. O, reanimasiyaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Karlos ötən gün 53 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Karlos sonuncu dəfə dekabrın 6-da qrupla birgə Birləşmiş Krallıqda konsert verib. O, bundan sonra COVID-19-a yoluxaraq xəstəxanalıq olub.