16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |    

Avroviziya mahnımızı tənqid etdi, “söhbət”ə çağırıldı

20.12.2021 - 221 - Maqazin

“Azərbaycanı Avroviziya Uşaq müsabiqəsində təmsil edən Sona möhtəşəm çıxış etdi. İTV-də yayımlanan “Səs Uşaqlar”da da mən onu eşidən kimi demişdim ki, mübahisəsiz birinci yerə layiqdir. Amma yarışda ikinciliyi qazanmışdı. O bir daha vokal imkanlarını ustacasına sərgilədi”.

OLAY yazır ki, bu sözləri reper ProMete (Pərviz İsaqov) sosial media hesabında yazıb. O, təmsilçimiz Sona Əzizovanın mahnısının söz müəllifini tənqid edib:

“Gələk mahnıya, mahnı musiqi olaraq əladır, əsl yarışlıq mahnıdır. Amma sözləri… Dostlar, siz ciddisiz? Bu mahnının Azərbaycan dilində olan hissələri hansı Azərbaycan dilindədir? Bu nə rabitəsiz mətndir? Aramızda kim bu cür danışır və ya düşünür? Bizə bəstəkarlardan melodiyalar gələndə üstünə rabitəsiz mətnlər mızıldanırıq bax onda bu cür feli-mübtədası qarışıq mətnlər çıxır. O da kant unudulmaması üçün tez oxuyuruq deyə olur. Amma belə bir xam mətni özü də nəqaratda necə yarışa yollamaq olar axı? Mən anlamıram, baxın bəlkə siz anladınız.Belə şeylər mütləq ictimai müzakirəyə çıxarılmalıdır ki, rahatlaşmayaq”.

Onun bu tənqidi isə mahnın söz yazarı Cavid Şahbazbəyovu hiddətləndirib. O, ProMeteyə “Səninlə görüşüb müzakirə edərik bunu” rəyini yazıb.

Mahnının sözlərini təqdim edirik:

“Just one of those days (sadəcə o günlərdən biri)

Orda hisslərim

Gizlənib, gözləyir

Yenə dolu gözlərim

Səni səsləyir

Just one of those days (sadəcə o günlərdən biri)

İnan özünə

Qovuşan, alışan

Mələk kimi gözlərim

Səni səsləyir”.



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti