17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

SON DƏQİQƏ! Türkiyədə dollar ucuzlaşdı

21.12.2021 - 210 - Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dolların kəskin bahalaşması ilə bağlı hökumətin iclasını keçirib və bir neçə saat davam edən iclasdan sonra qəbul edilən mühüm qərarları açıqlayıb. Ərdoğan bəyan edib ki, dolların bahalaşmasının qarşısını almaq üçün müvəqqəti xarakter daşıyan bir sıra qərarlar qəbul edilib və həmin qərarlar növbəti günlərdə tətbiq ediləcək.


SHOWXEBER.AZ  xəbər verir  ki, Bu qərarlardan biri, vətəndaşların banklarda lirə ilə yerləşdirdiyi depozitlərin dəyərdən düşməsinin qarşısını almaq məqsədi daşıyır. Qərara əsasən əgər lirə ilə yerləşdirilmiş depozitlərdən əldə edilən faiz gəlirləri dolların məzənnəsinin artması səviyyəsindən yuxarıda olsa o zaman vətəndaş həmin faiz gəlirini alacaq. Əgər dolların məzənnəsinin artım faizi lirə ilə yerləşdirilmiş depozitlərin faiz gəlirlərini üstələsə aradakı fərqi dövlət vətəndaşa ödəyəcək. Nəticədə banklarda lirə ilə depozit yerləşdirənlərin pullarının dəyərdən düşməsinin qarşısını almaq üçün onları dollarla əvəzləməsinə ehtiyac qalmayacaq.

Digər qərara əsasən hökumət türk lirəsinin rekord ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təmin etmək niyyətindədir.

"Məzənnə dəyişkənliyinə görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyə ixracat şirkətlərinə birbaşa Türkiyə Mərkəzi Bankı vasitəsi ilə forvard məzənnəsi təqdim olunacaq", - Türkiyə lideri bildirib.

Ərdoğan habelə bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata qazandırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Ərdoğanın sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.

Ərdoğanın açıqladığı müvəqqəti tədbirlər paketindən dərhal sonra bu gün ərzində 10 faizdən çox bahalaşan dollar ucuzlaşmağa başlayıb və 1 saatın ərzində məzənnəsi 5 faizdən çox geriləyib. Amma məzənnə az sonra yenidən artmağa başlayıb. Bakı vaxtı ilə 22.30 radələrində 1 ABŞ dolları 16.89 TL -yə yaxın idi. Lakin cəmi 1 dəqiqə ərzində məzənnə yenidən kəskin, 7 faizdən çox aşağı enib və 1 dollar 15.2 TL-yə yaxın olub. Dolların məzənnəsində başgicəlləndirici dəyişikliklər davam etməkdədir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti