09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar"

22.12.2021 - 125 - Maqazin

"35 ildə 1 dəfə evlənmişəm, bununla da bitib. Qadına icazə verilmir 4 ər saxlamağa, kişilərə icazə verilir. Pis, ya yaxşı tarixdə bu, belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onlar qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək indi bu belədir də".

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev "Üzə-düz" proqramında deyib. O, kişi-qadın münasibətindən, ayrıseçkiliklərdən danışıb.

Valideynlərini itirməsini xatırlayan Ç.Abdullayev bildirib ki, təqvimdən həmin günü silmək istəyir:

"Ölümlə hələ görüşməmişəm, ona görə də deyə bilmərəm ondan qorxuram, ya yox. Amma görünür qorxuram, ona görə ki, təyyarədə uçmağı sevmirəm. Bir dəfə təyyarəmiz yanıb, bir dəfə Afrikada çevrilib, bir dəfə yerdə toqquşub. Məndən soruşanda deyirlər, mən buna necə dözürəm? İldə 40-45 dəfə təyyarə ilə səfər edirəm. Yaxşı bir səbəb tapmışam ki, getməyəndə deyirəm, qorxuram. Amma bir tərəfdən də necə qorxuram ki, hər həftə uçuram harasa. Ümumiyyətlə, mən heç vaxt içki qəbul etmirəm. İdmançı olmuşam, sağlam həyat tərzi sürmüşəm.
 Təyyarəyə oturandan sonra 100 qram içib rahatlaşırsan. 200 qram içəndə lap yaxşı olur, amma 300 qram içdikdə sən təyyarədə yox, onun yanında uçursan. Mənim qızım mənə deyir ki, yaxşı ölüm 100 yaşında qohumların arasında hardasa bağda oturub gülə-gülə və belə də gedəsən.
Cənnət və cəhənnəm fikrim geniş rezonans yaratdı, amma onu zarafata demişdim. Zarafatın içində də ciddi fikir var. İnsan axı özü seçmir hara düşəcəyini. Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar. Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır. O biri dünyada şansım olsa idi, atam-anam ilə görüşüb, danışmaq istərdim. Ancaq yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, mən onun böyük oğluydum. İndi imkanım olsaydı, atama deyərdim, onu necə sevirəm. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz.

Həyatımda iki günü təqvimdən silərdim: atam və anamı itirdiyim günləri. Bəziləri deyir ki, axı mənim anam vəfat edəndə 87 yaşı var idi, sən istəyirdin, 200 il yaşasın? Bəli, istəyərdim. Anaların ömrü olmur".//axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti