12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

Professordan şok açıqlama: “Vaksinlər pandemiyanın qarşısını ala bilməyəcək”

24.12.2021 - 221 - Sosial

Vaksinlər təkbaşına pandemiyanın qarşısını ala bilməyəcək.


Bu sözləri "BioNTech”in qurucusu, professor Uğur Şahin Fransanın "Le Monde” qəzetinə müsahibəsində deyib.

Peyvəndin "omikron” variantına qarşı effektivliyindən danışan professor qeyd edib ki, Britaniya və Cənubi Afrikadan əldə edilən ilkin məlumatlara görə, üçüncü dozadan sonra vaksinlərin effektivliyi təxminən 70, ikinci dozadan sonra isə 20-40 faizdir:

"3 dozadan 3 ay sonra effektivliyin təxminən 25 faizə düşdüyünü irəli sürən araşdırmanın doğruluğunu qiymətləndirmək üçün əlimizdə daha çox məlumat olmalıdır. Lakin peyvəndlərin zamanla "omikron”a qarşı təsiri yox olacaq, bu, çox böyük ehtimaldır. Mən proqnozları ilkin laboratoriya məlumatlarına deyil, real həyat məlumatlarına əsaslandıracağam.

Aydındır ki, peyvəndlərin birinci virusa qarşı əldə etdiyimiz 95 faizlik effektivlikdən çox uzağıq. Ancaq üçüncü dozadan sonra peyvəndimiz hər cür xəstəliyə qarşı 70 və ya 75% qoruma təmin edir. Bu, ümumilikdə vaksin üçün hələ də yaxşı nəticədir.

3 dəfə peyvənd edilmiş insanlar da xəstəliyi keçirə bilər, odur ki, bu qış qoruyucu tədbirlərin davam etdirilməsinə ehtiyac var. "Omikron”a qarşı xüsusi bir peyvənd hazırlanır, "BioNTech” bu peyvəndi mart ayına qədər hazır etməyi planlaşdırır”.

Məlumat üçün bildirək ki, Böyük Britaniyanın "Mirror” qəzeti "omikron”un 5 yeni əlamətini açıqlayıb:

Boğazda qaşınma hissi

Quru öskürək

Həddindən artıq gərginlik

Yüngül əzələ ağrıları

Gecə tərləməsi
 
///Publika.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti