09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

“Sehrli” pul qabı satan qadın dələduzluqda ittiham olunur

25.12.2021 - 485 - Maqazin

İnstaqramda “life coach” kimi fəaliyyət göstərən Azerina adlı xanım dələduzluqda ititham olunur. Onun insanları aldadaraq pullarını mənimsədiyi iddia edilib.

OLAY yazır ki, bu barədə bloger Aynur Qurbanqızı məlumat yayıb. O, sözügedən şəxslə  bağlı ona bir çox şikayət mesajının gəldiyini bildirib:

“İnstaqramda Azerina adlı "yaşam, pul koçu" deyilən qadın var. Adi 5 azn-lik pul kisəsini "bu sehirlidir üstünə dua oxumuşam, bunu alanın "kaşelokuna" bir ay içində 100 min gələcək" deyib 400-500 AZN-ə satır. Sonra da avam camaatı inandırmaq üçün feyk profillər açıb onun adı ilə özünə yazır ki, ay Azerina xanım, siz göydən düşmüş mələksiz, bəs gözləmədiyim halda pul kisəsinə yarım milyon gəldi, varlı qohumum pulu mənə vəsiyyət edibmiş.

Və bu mesajları da paylaşır. Başqa feyk də yazır ki, bəs, bizim mələyimiz bu gün 300 min gəldi, yaxşılıq etdiyim adam göndərib. Yazdıqlarım sizə nağıl kimi gəlir hə?

Bax, bu nağılları məhz o fırıldaqçı qız instaqramda sponsorlu reklama qoyur, adamlar da davamlı gördükcə düşünür ki, bəlkə bir qızıl üzüyümü satıb bu pul kisəsini alım, milyon gəlsin. Yəni, bədbəxt nə etsin, kütlə psixologiyasıdır.

Statuslarının altında da onlarla qız yazır ki, Azerina bizim mələyimiz ritual etdi, nə bilim guya birinə 100 min gəlib, biri 10 gün sonra milyonerə ərə gedib və s. Ağlasığmaz yalanlar...Araşdırdım məlum oldu ki, hamısı pulla tutulmuş profillərdir. Bunu tək mən yox, siz özünüz də baxsanız görərsiz ki, eyni mesajlar kopyalanıb “spam” kimi bütün statuslara atılır və eyni profillər tərəfindən edilir. Sonra onunla işləyən adamın yaxını ilə danışdım, deyir bu saxta reklam mesajlar üçün xüsusi şirkətə pul ödəyir və status paylaşılanda hamısı spam kimi bu tip şərhlər atmağa başlayır. Və bizim kimi sadə adam da baxır şərhə ki, bu qədər adam yazıbsa, yəqin düz olar. Seansına gedib 300-500 azn ödəyir. Marafonların eynisi başqa adamlarda 15-20 AZN-dir, amma reklam şərhlər və pul qarşılığı bloger reklamlarından sonra adını məşhurlaşdıran bu 150- 200 AZN qoyur.

 Təsəvvür edin də, 50-100 təsirə düşmüş adam qatılanda (və qatılırlar da) nə qədər pul edir. 1 həftəyə 10-20 min AZN. Əlbəttə, sizin bu pulla daha çox gəlir əldə etmək üçün məşhur blogerlərə pul ödəyib reklam da etmək olar, hələ pulla şərh yazanları tutmaq da. Mənə gələn məktubların birində deyilir ki, Azerina  maşın yanında durmuş qız paylaşıb və yazıb ki, bəs mənim pul marafonumdan sonra bu qoşulan xanım 3 günə bahalı maşına sahib oldu. Məktubda bildirilir ki, əslində maşın onun qardaşına məxsusdur, sevgilisi yanında şəkil çəkdirib və bu da  hansısa məvacib qarşılığında başlayıb. Yəni belə oyunlar qurulur. Əlbəttə həftəyə 20 min azn qazanan üçün pulla adam tutmaq çətin deyil”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti