26.12.2021 - 171 - İdman
Əlcəzairin "Saida" klubunun kapitanı Sofiane Lokar dünyasını dəyişib.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ölkə çempionatının ikinci divizionunda "Orand"la oyun zamanı komandasının qapıçısı ilə toqquşub.
Futbolçuya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.
10 dəqiqə sonra futbolçu infarkt keçirərək qazona yıxılıb. Lukar xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.