26.12.2021 - 215 - İdman
Belçikanın ən güclü insanı hesab edilən kikboksçu Frederik Sinistra koronavirusdan vəfat edib.
Bizim.Media xəbər verir ki, 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirmişdi.
Xatırladaq ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanlı Zabit Səmədovla keçirdiyi döyüşdə 2-ci raundda nokauta düşərək uduzmuşdu.
Həmin döyüşün görüntülərini təqdim edirik: