12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Niyə 150 nəfərlik toy etmək olar, 50 nəfərlik yas vermək olmaz?” - Operativ Qərargaha ETİRAZ ETDİ

27.12.2021 - 161 - Maqazin

“Qəbələyə getdik, anamın qəbrini ziyarət etdik, il verdik. Anam 2020-ci il dekabrın 31-i dünyasını dəyişdi, vəsiyyətinə müvafiq Qəbələdə atamın yanında dəfn etdik”.


OLAY yazır ki, bu sözləri tanınmış aparıcı Azər Qərib sosial media hesabında yazıb. O, Operativ Qərargahın yaslarla bağlı qərarına etiraz edərək bunları söyləyib:

“Xatırladırsınızsa, keçən il 30 dekabrdan 4 yanvara qədər ölkədə total şəkildə çox ciddi qapanma elan edildi, hətta kimin ölkə üzrə hərəkətə icazəsi var idisə, onlar da ləğv edildi, mən daxil. Dostlara müraciət etdim, DİN-in xüsusi icazəsi ilə Qəbələyə 4-5 nəfər gedə bildik, dəfnə də 10 nəfərə qədər icazə verdilər, beləcə mərasimi başa çatdırıb Bakıya döndük. 40 mərasimini də evdə verdik, yalnız 10 nəfər yaxınlarımızla.

İl mərasimini isə çəkdik qabağa və saldıq bu günə, bazar gününə ki, Yeni İl ərəfəsində insanları narahat etməyək. Sözümü nəyə gətirirəm. Bu günə qədər yas mərasimlərinə icazə yoxdur, insanlar ya evlərində yas verirlər, yaxud restoranda konspirasiya şəraitində. Biz də restoranda etdik, çox dar çərçivədə, amma mənə yer edən o oldu ki, bunu gizlicə, guya adi bir yeyib-içmək məclisi kimi edəsi olduq. Yəni, polis gəlib mollanı “Quran” oxuyan görsəydi, hamını qovacağdı, onsuzda qəmli məclisi daha da qara edəcəkdi, restoranı isə nəyi var cərimələcəkdi. Çünki qanun belə deyir. Ay Operativ Qərargah, axı yaslara niyə icazə verilmir? Nəyə görə 150 nəfərlik toy etmək olar, 50 nəfərlik yas vermək olmaz? Varmı məntiq? İnsanlar balaca mənzillərə doluşurlar ağız-ağıza, virus kef edir belə şəraitdə. Deyirlər ki, yas elədir ki, say saxlamaq çətindir. Nəyi çətindir? Həm 40, həm il mərasimlərinə dəvət edirlər, məhdudiyyət qoyun, insan işini bilsin. Onsuzda indi böyük yas verənlər sadə insanlar deyil, vəzifə sahibləri, zənginlər istədikləri qədər adam çağırırlar, güldən ağır söz deyən də olmur. Kimi bağında edir, kimi bahalı çadırlarda. Nəticədə yenə də sosial bərabərlik iflasa uğrayır, mənə olar - sənə olmaz. Hər şeyi pandemiyanın boynuna yıxmaq olmaz, sadəcə işləyib normal qaydalar tədbiq etmək lazımdır, ən asanı qadağa qoymaqdır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti