12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Allah mənimlə danışırsa, məscidə nə ehtiyac var?”

27.12.2021 - 263 - Maqazin

Aparıcı Kamran Həsənli müzakirələrə səbəb olacaq açıqlama verib. 

OLAY yazır ki, o, Ülvira Qarayevanın “AStar” yutub layihəsinə qonaq olarkən din mövzusunda danışıb. 

Həsənli din tərəfdarı olmadığını, kilsə ilə məscid arasındakı fərqlərdən söz açıb:

“Bütün dini kitabları orta əsrlərin qalığı hesab edirəm. Tanrıya inanan adamam, deistəm. Hərəmiz Allahın bir zərrəsiyik. Bizimlə danışan vicdan – Allahdır. Əgər o mənimlə danışırsa, mollaya, məscidə, sinaqoqa, kilsəyə, nə ehtiyacım var? Özü danışır da mənimlə. Məbəd mənəm. Məni o yaradıb axı, kilsəni mən tikmişəm. Əgər mənimlə danışırsa, mən məbədəmsə, onda o kitablara nə ehtiyacım var.

Girirəm kilsəyə, görürəm ki, mərmərdir, Mikelancelonun əsərləridir, yaxşı ətir gəlir, Baxın tokkatası səslənir, qadınlar da başlarını bağlayıb, sakit danışırlar. Ora Allahın ibadət yeridir, orada qıza baxma da. Bir yerdə gedə bilək, qoy öz arvadımla gedə bilim.

İndi bizim məscidə gəlirəm. Girən kimi deyirlər ki, ayaqqabını çıxart. Niyə axı çıxarım? Evdən dörd saatdır çıxmışam, corabda.... Çıxartdım ayaqqabını. İndi deyir ki, al bu zənbili, ayaqqıbını qoy içinə, oğurlayarlar. Deyirəm ki, burada? Deyir ki, hə, sənin ayaqqabın bir az təzədir, götürəcəklər. Təsəvvür edin, ayağımda corab, əlimdə zənbil məscidə girirəm. İndi kilsədəki halıma baxın… Yenə də deyirəm, din tərəfdarı deyiləm, Allaha inananam, fərqi göstərirəm. Məscid, kilsə, sinaqoq olmalıdır, amma bu işlərin reformaya ehtiyacı var”.

View this post on Instagram

A post shared by OLAY.AZ (@olay.az_official)



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti