28.12.2021 - 132 - Maqazin
"Sadakatsız" serialında rol alan aktrisa Melis Sezen yeni reklam təklifi alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Altın kelebek" mərasimində mükafatını götürərkən söylədiyi "Bunu tuturam çünki əlimdədir" ifadəsini reklamda səsləndirəcək.
Melis Sezen bunun müqabilində 2 milyon lirə qazanacaq.
Qeyd edək ki, aktrisanın mükafatlandırma mərasimindəki çıxışı uzun müddət sosial şəbəkədə gündəm olmuşdu.