09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Bakı 2022-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı - VİDEO

1.01.2022 - 210 - Maraqlı

2021-cu il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf salnaməsinə daha bir uğur səhifəsi kimi yazıldı. Azərbaycan beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, sosial-iqtisadi sahədə mühüm nailiyyətlər qazandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyatın bütün sahələrində əsaslı islahatlar aparılıb, ölkəmiz qarşıya qoyulan hədəflərə nail olub. Eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində önəmli addımlar atılıb. Odur ki, xalqımız 2022-ci ili böyük sevinc və nikbinliklə qarşılayıb. Yeni ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təcəssümü kimi qiymətləndirilə bilər.

SHOWXEBER.AZ  AZƏRTAC-a istinadən bildirir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.
Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər.

Ötən ili xoş ovqatla yola salan xalqımız 2022-ci ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Qədəmlərin uğurlu olsun, Yeni il!




Showxeber Bizi instagramda izləyin



Xəbər xətti