12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Zeynəb Xanlarovanın adını çəkməzdən əvvəl paklan, qüsl al” Mehriban Xanlarova

1.01.2022 - 485 - Maqazin

“Sən xaricdə oturub qeybət etməyi özünə "şərəf" bilirsən. Özünə hörmət edən kişi qeybət etməz! 2020-ci ildə Zeynəb xanımın dünyasını dəyişməsi xəbərini yaydın. Səni təkbətək danışmağa çağırdım, gəlmədin”.


SHOWXEBER.AZ xəbər verir ki, Bu sözləri instaqramda Əməkdar artist Mehriban Xanlarova qeyd edib. Aktrisa bibisi, Xalq artisti Zeynəb Xanlarova haqda iddilar sısləndirən Orxan Ağayev adlı şəxsə cavab verib:

“İndi isə bekarlıqdan iddia edirsən ki, Zeynəb xanım uşaq pulunun kəsilməsini təklif edib və sonra ləğv ediblər. Məndə sənə və sənin kimi bu cür şayələrə inanan insanlara demək istəyirəm ki, Zeynəb Xanlarova milli məclisdə uşaq pulu məsələsi ilə bağlı heç vaxt danışmayıb! Əlində sübutun varsa ictimaiyyətə göstər. Nəzərinə bunu da çatdırmaq istəyirəm ki, internet dövründə yaşayırıq və bütün video-çıxışlar arxivlərdə qalır. Əgər Zeynəb xanımın belə bir çıxışı olsa, bütün sosial şəbəkələrdə yer alardı. Həyatda hər kəsin dostu və düşməni olur. Bu cür şayələr, Zeynəb xanımın düşmənləri tərəfindən yayılıb. Məqsədləri isə onu gözdən salmaq olub. Lakin arzuları ürəklərində qalıb. Çünki cahil olmayan insanlar araşdıraraq yalan olduğunu anlayırlar. Zeynəb xanım, hər zaman vacib məsələlər ilə bağlı xalqın xeyrinə danışıb. Həmin faktları lazım gələrsə, bir-bir göstərərək sübut edə bilərəm! Ən əsası isə, bütün dünyada konsert verən Zeynəb Xanlarova hər dəfə Azərbaycandan olduğunu xüsusi vurğulayıb. Bununla da SSRİ tərkibində Azərbaycan adlı məkan olduğunu internetsiz dünyada milyonlara tanıdıb. Azərbaycanın xeyrinə sən hansı işləri görmüsən? Vətənini sevən insan, hansı haqsızlığa məruz qalırsa qalsın, öz ölkəsində haqqlarını tələb edər. “Peraşqi” satmaq məsələsinə gəlincə… Çox absurd və gülünc danışırsan. Əfsanəvi insanların haqqında hər zaman söz-söhbətlər gəzir. Məsələn, Maykl Cekson uzun illərdir dünyasını dəyişib. Buna baxmayaraq yenə də haqqında bir çox şayələr yayılır. Hətta öldüyünə belə inanmırlar. Sən də gündəmə gəlmək üçün Zeynəb xanımın şöhrətindən istifadə edərək şər-böhtan atıb danışmağa başlayırsan. Zeynəb Xanlarovanın adını çəkməzdən əvvəl qüsl al, paklan sonra danış! Vətənpərvərliyi ön cəbhədə göstər! Real həyatda dovşan olub, kamera arxasında şirə, pələngə dönənləri çox görmüşük”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti