1.01.2022 - 239 - Sosial
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə rejissor Tahir Tahiroviç feysbuk hesabında yazıb.
R.Abutalıbov bu gün Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı. O, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi.