4.01.2022 - 327 - Astralogiya
SHOWXEBER.AZ 2022-ci il üçün maliyyə ukduz falını təqdim edir:
Qoç - Əgər 2022-ci ildə bəxti gətirənlərin hit-paradını keçirmək lazım gəlsə, o zaman ilk üçlüyü, şübhəsiz ki, siz açacaqsınız. 2022 maliyyə baxımından sizi hər cəhətdən əzizləyəcək. Biznes və karyera şərtləri sadəcə sehrli olacaq. May ayında isə xüsusi bir fürsətiniz olacaq - ayıq-sayıq olun və cəsarətlə əlinizə düşən şansları yaxalayın.
Buğa - Sizin üçün il çox məhsuldar olacaq. Siz inadkarlıq və çevikliyinizdən daha çox istifadə edərək yolunuzu tutmağı öyrənməlisiniz. Pulla bağlı daha az narahat olmaqla yeni bilik və bacarıqlar əldə etməyə daha çox diqqət yetirməyə çalışın. Tərəfdaşlar və həmkarlarla münasibətlər qurun - bu həm də karyera pillələrində yüksəlmək və əlavə pul qazanmaq üçün əla şansdır.
Şir – Qarşıda dayanan il Şirləri yalnız sevindirəcək. Sizi yaxşılığa doğru böyük dəyişikliklər gözləyir. Karyera yüksəlişlərinə hazırlaşanlar istədiklərini və hətta bir az daha çoxunu əldə edəcəklər. Həmçinin maddi vəziyyətindən narazı olanlar, nəhayət, sakit nəfəs ala biləcəklər. İlin ikinci yarısında çox perspektivli olan yeni bir layihədə iştirak etmək imkanı yaranacaq. Gələn ilin sizə verəcəyi vəsaitləri necə idarə edə biləcəyinizi və kapitalınızı hansı yollarla artıra biləcəyinizi düşünün.