11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Zamiq konsertdən əldə etdiyi gəliri YAŞAT-a ianə edəcək

7.01.2022 - 280 - Maqazin

Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib.


“Qafqazinfo” xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarını cavablandıran ifaçı konsertin xeyriyyə məqsədli olduğunu, şəhid və qazi ailələrinə həsr edildiyini bildirib.

 
O, konsert öncəsi çox həyəcanlı olduğunu etiraf edib: “Səhnənin hər anı həyəcanlıdır. Heydər Əliyev Sarayının səhnəsi arzularımın səhnəsidir”.

Bu dəfə konsertinə çox az sayda sənət dostunu dəvət edən Hüseynov digərlərinin ondan inciməyəcəyini, bunu anlayışla qarşılayacaqlarını bildirib.

O, karantin məhdudiyyətlərinin tam aradan qaldırılandan sonra bir neçə gün ard-arda konsert verməyi planlaşdırdığını deyib.

Konsertin əvvəlində Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

“Azərbaycan” mahnısı ilə səhnəyə çıxan Z.Hüseynov ard-arda hit mahnılarını ifa edib. O, həmçinin yeni ifalarına yer verib.

“Əvvəl Qarabağsız sənətçi kimi çıxış edirdim. İndi isə fəxr edirəm ki, bütöv bir Azərbaycanın, qalib bir ölkənin sənətçisi kimi çıxış edirəm. Qarabağ Azərbaycandır!”, - Hüseynov konsertinin giriş sözündə deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsertdə tamaşaçı qismində əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alıb.

Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti