13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

SON DƏQİQƏ! Azərbaycanda Karantin sərtləşdirilə bilər - AÇIQLAMA

10.01.2022 - 180 - Sosial

Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K Omicron variantı aşkarlanıb.


Musavat.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydıqları məlumatda qeyd olunur.

"Omikron" ştamına yoluxanların olması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdirilə biləcəyini gündəmə gətirib. Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən həkim, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, vəziyyət pisləşərsə karantin yenidən sərtləşdirilə bilər:

"Azərbaycanda "Omikron" ştamına yoluxanların sayı ilə bağlı reallığı birmənalı demək çətindir. Qonşu ölkələrdə xəstə sayı bu qədər çoxdursa, Azərbaycanda da olması tam real və məntiqlidir.

Hazırki dönəmdə biz karantin tədbirlərini gözləməliyik, vaksinasiyanı intensivləşdirməliyik, mümkün qədər təmasları azaltmalıyıq ki, yoluxma sayı az olsun.

Fikrimcə, hazırda xüsusi sərtləşdirməyə ehtiyac yoxdur. Təbii ki, "Omikron" ştamı sayəsində həddən artıq xəstə sayı artarsa, xəstəxanalara yerləşdirilənlərin sayı çoxalarsa, epidemioloji vəziyyət pisləşərsə, vacib qərar verilə və karantin sərtləşdirilə bilər".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti