11.01.2022 - 77 - Dünya
Türkiyəli müğənni Alişanın həyat yoldaşı aktrisa Buse Varol bir həmkarının hamilə həyat yoldaşına xəyanət etdiyini gördüyünü, ancaq adını açıqlamayacağını bildirdikdən sonra ortaya yeni iddialar atılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Söylemezsem olmaz" proqramında aparıcılar həmin şəxsin aktyor İsmayıl Dəmirci olduğunu bildiriblər.
İddia sosial şəbəkədə böyük səs-küyə səbəb olub. Bəzi izləyicilər buna inanmadiqlarını bildirərək "Hamilə qadını incitməyə haqqınız yoxdur", "Əlinizdə şəkil və ya sübut varsa, göstərin" kimi şərhlər yazıblar.
Qeyd edək ki, İsmayıl Dəmircinin aktrisa həyat yoldaşı Hande Soral hamilədir. Bu, 2017-ci ildə ailə quran cütlüyün ilk övladıdır.