17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

“Qızılları və pulumuzu da götürüb” - İtkin düşən gəlinin qayınanası

11.01.2022 - 132 - Sosial

Şəmkir rayon Mahmudlu kəndində Musayevlər ailəsinə gəlin köçən 1998-ci il təvəllüdlü Qurbanova Gülbəsti Arzuman qızı itkin düşüb.


“Qafqazinfo” İTV-yə istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

 
Bir ildən çoxdur Mahir Musayevlə ailə həyatı quran G.Qurbanova bir müddətdir gəlin köçdüyü evi tərk edib.

Gəlinin evdən getməsini ilk olaraq onun qayınanası Nəzifə Musayeva bilib.

Belə ki, onlar bayram günü olduğu üçün yaxınlarının məzarını ziyarət etməyə gediblər.

“Ərinin paltarını geyindirdi, zorla yola çıxardı, hələ yolda uşaqlarla söhbət edirdi əri, dedi ki, ay ana, Mahirə bax, gedib arvad kimi yolda söhbət edir, çıxıb getmir. Elə bil nə isə özünü şübhəli aparırdı. Ondan sonra mənim üstümə dirəndi ki, çıxım gedim. Mən də təzədən gəldim, onu çağırdım, mənə cavab vermədi. Axtardım, gördüm gəlinim yoxdur. Axtardıq, tapa bilmədik, getdik atası evinə. Oradan da dedilər ki, bura gəlməyib. Ondan sonra verdik polisə”, - qayınana N.Musayeva bildirib.

Qayınananın iddiasına görə, gəlini artıq ikinci dəfədir evdən gedir. Üstəlik, oğlu ilə heç bir ciddi problemi olmayıb. İddialara görə, G.Qurbanova evdən çıxarkən, qızıl və müəyyən miqdarda pul götürüb.

“Evdən gedəndə qızılları və 630 manat pulumuzu aparıb”, - qayınana deyib.

Məsələ ilə bağlı gəlin G.Qurbanovanın ailəsi danışmaqdan imtina edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti