19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |     20:49 Eşqin Cəlilov azadlığa buraxıldı - EKSKLÜZİV  |     08:42 Ruhi Əliyeva "Şəms" mükafatı aldı  |     23:35 Eşqinin ifadəsi məlum oldu - “Barışmaq üçün getmişdim”  |     12:37 "Bu görüntülərin müzakirə olunacağını bilirdim" - Video+Fotolar  |     12:13 "20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"  |    

Kasıbları təhqir edən sürücü Qaralovun yaxın adamı olub

12.01.2022 - 98 - Sosial

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən "Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.


Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.
 

SHOWXEBER.AZ xəbər verir ki, bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.

Bəlli olub ki, 37 yaşlı S.Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət "Akkord” Şirkətlər Qrupunun xəzinədarı olub.

O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, "pulyığanı” kimi tanınıb.

Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti