22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |    

SABAH: Bakıda qar yağacaq, çovğun olacaq, Yollar buz bağlayacaq

13.01.2022 - 99 - Sosial

Bakıda və Abşeron yarımadasında yaxın 2 gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Bu barədə SHOWXEBER.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s, 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı var.
14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-
qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Qeyd: Yağıntı haqqında xəbərdarlıq öz qüvvəsindədir.

Azərbaycanın rayonlarında

Yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü axşamadək yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 13-ü axşamdan 16-dək şimal-qərb, qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Yağıntı 14-ü axşamadək davam edəcək.

Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə Mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacağı gözlənilir.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti