19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |     20:49 Eşqin Cəlilov azadlığa buraxıldı - EKSKLÜZİV  |     08:42 Ruhi Əliyeva "Şəms" mükafatı aldı  |     23:35 Eşqinin ifadəsi məlum oldu - “Barışmaq üçün getmişdim”  |     12:37 "Bu görüntülərin müzakirə olunacağını bilirdim" - Video+Fotolar  |     12:13 "20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"  |    

Hüsniyədən şagirdi döyən direktoru dəstəkləyənlərə: "Biz də şillə vuraq"

13.01.2022 - 71 - Sosial

Aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında məktəb direktorunun şagirdi döyməsinə haqq qazandıranları tənqid edib.

SHOWXEBER.AZ  xəbər verir ki, o, ironik yanaşmasında bu fikirləri burğulayıb:

"Yol hərəkəti qaydalarını pozarkən Yol Polisi bizə cərimə yazmaq əvəzinə qəşəng bir şillə vursun (əminəm çoxu buna sevinər). Vergiləri vaxtı vaxtında ödəməyəndə iqtisadiyyat naziri gəlsin bizə müqəddəs əlləri ilə bir Həzrət Abbas şilləsi vursun. Növbədə dura bilmirik, mədəniyyətsizik, valideynlərimiz bizi öyrətməyib ki, adam gözləyər, növbəsiz özünü soxmaz, ona görə təklif edirəm kassir də hər dəfə gəlib bizə bir şillə vursun. Avaralıqla məşğul olanda, polis İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsindəki xəbərdarlıq və on günədək müddətə inzibati həbsin yerinə, gəlsin bir dənə yağlı şillə vursun getsin.

İşi vaxtında təhvil verməyəndə, "deadlin"ı keçəndə müdir bizə şillə vursun. Restoranda ofisianta az çaypulu qoyanda, o da gəlsin bizə şillə vursun. Maaşımızı kəsəndə, müdir bizi işdən çıxaranda, daha keçib, gedək biz də bir dənə şillə vuraq...".

Hüsniyə direktorun tərəfini tutanların dediklərindən istinad gətirərək bu ifadələri əlavə edib:

"Bizi də müəllim döyüb də, söyüb də, zərimiz tökülməyib ki...", "Ağbirçək şilləsidir də, nə şişirdirsiz", "Guya bizi döyməyiblər, nolsun ki, tərbiyə edir", "Bəzi uşaqlar tərbiyəsizdi, onları elə vurmaq lazımdır ki, ağılları başına gəlsin" və sair bu kimi şərh yazan homonoidlər -  xəstə, yaltaq və qorxaq cəmiyyətin kökləri elə sizmişsiniz ki...".

Qeyd edək ki, bir müddət əvvəl aparıcı Turan İbrahimov da paylaşım edərək şagirdləri döyən direktora haqq qazandırmışdı.

//Axşam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti