04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

“Məmurlarımız niyə dərk etmirlər ki, bu dünya müvəqqətidir, öləndə heç nə apara bilmirsən...”

13.01.2022 - 169 - Mədəniyyət

“Ölkə başçısının məmurlarla bağlı dediklərini alqışlayıram. Doğrudan da çox özbaşınalıqdır. Məsələnin 50-60 faizi yerinə yetirilsə, mən çox sevinərəm.

Çünki doğrudan da insanlar bezib. Hara gedirsən ancaq rüşvət istəyirlər. Hamı pul gözləyir, bu nə deməkdir. Çox qarmaqarışıq bir mühitə düşmüşük”  

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. R.Balayev məmurların insanlardan pul ummasına təəssüfləndiyini bildirib:   “Korrupsiya insanlarımızı, gənclərimizi korlayır. Bir var insan öz fəaliyyətindən ləzzət alıb işləyə, amma bir də var ki, adam fikirləşir ki, hardan necə pul qoparım. Yəni bu əqidəylə böyümək olmaz. Hər şeyin həddi var. Cənab Prezidentin bu çıxışı təqdirəlayiqdir. Məmurdu neynək, qoy yaxşı dolansın, amma hər şeyin bir həddi var axı. Qiyməti milyonlarla ölçülən villalar tikirlər. Ayıbdır vallar. Məmurların əksəriyyəti korrupsiyayla məşğuldur. Nə olub, nə xəbərdir. Məmurlarımız niyə dərk etmirlər ki, bu dünya müvəqqətidir və sən öləndə heç nə apara bilmirsən. Bunu görmək lazımdır, bu nə deməkdir axı. Ümid edirəm ki, ölkə başçısının dediklərindən həmin məmurlar nəticə çıxaracaqlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışı zamanı məmurlara sərt xəbərdarlıq edib. Ölkə başçısı korrupsioner məmurların xidmətini hətta “ayı xidməti”nə bənzədib. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti