19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |     20:49 Eşqin Cəlilov azadlığa buraxıldı - EKSKLÜZİV  |     08:42 Ruhi Əliyeva "Şəms" mükafatı aldı  |     23:35 Eşqinin ifadəsi məlum oldu - “Barışmaq üçün getmişdim”  |     12:37 "Bu görüntülərin müzakirə olunacağını bilirdim" - Video+Fotolar  |     12:13 "20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"  |    

SON DƏQİQƏ! “Buta Airways” aviabiletlərin qiymətini 29 avroya ENDİRDİ - Bütün reyslərdə

14.01.2022 - 129 - Sosial

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - "Buta Airways" 29 avrodan başlayan "Büdcə" tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib.

Bu barədə SHOWXEBER.AZ-a aviaşirkətdən bildirilib. 

Bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.

"Büdcə" tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.

"Büdcə" tarifi “Buta Airways” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva ("Jukovski" hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tbilisi, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.

"Büdcə" tarifi çərçivəsində aşağıdakı ləvazimatların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir:

Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq şəxsi əşyalar üçün kiçk çanta və ya kamera çantası və portativ kompyuter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);

Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);

Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;

Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.

Həmçinin, aviadaşıyıcının xüsusi reyslərində "Büdcə" tarifindən başqa, müvafiq olaraq 10 kq və 23 kq qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, "Standart" və "Super" tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti