09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Rusiyalı model ərini öldürdüyü üçün 15 il həbs oluna bilər

16.01.2022 - 94 - Dünya

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən "Vogue" jurnalının 27 yaşlı modeli Lilia Sudakova 15 il müddətinə həbs oluna bilər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı model törətdiyi cinayəti etiraf edib. İstintaqla müəyyən edilib ki, cinayət 2020-ci il noyabrın 28-də cütlüyün yaşadığı binada törədilib. Liliyanın sözlərinə görə, hadisədən bir gün öncə evə içkili gələn həyat yoldaşı Sergey Papovla birlikdə olmaqdan imtina edib. Ertəsi gün isə əri evə başqa bir qadınla gəlib.

Dəfələrlə ərindən şiddət görməsi ilə bağlı şikayətçi olan Liliya onun xəyanəti və aqressiv davranışı səbəbindən özünü müdafiə etmək üçün Sergeyi bıçaqladığını bildirib. Sergey aldığı zərbələrdən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

İstintaq zamanı modelin təcili yardım çağırması, zərərçəkənə ilkin tibbi yardım göstərməsi, həkim və polis gələnə qədər onun yanında olması, eyni zamanda müstəntiqlərə ətraflı ifadə verməsi nəzərə alınıb.

Buna baxmayaraq Liliyanın 15 ilə qədər həbs olunacağı bildirilib. Məhkəmə yaxın aylarda baş tutacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti