22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |    

Polis "parkovşiklərə" qarşı reydlərə başlayır: "Pul ver" deyənlərdən canımız qurtaracaq

23.01.2022 - 109 - Sosial

Son zamanlar vətəndaşlar tərəfindən avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı müraciətlər daxil olub. Qanunsuz ödənişlərin yığılmasına haqlı olaraq etirazlar var. Bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.

 
SHOWXEBER.AZ xəbər verir ki, bunu Avtosfer.az-a Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapıb. "Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər. 

Təbii ki, yol hərəkəti qaydaları müzakirə edilmədən yerinə yetirilməlidir. Bununla da qanunun aliliyi təmin edilməlidir.
 
Bu qanunu pozanlar anlamalıdır ki, baş verən qəzalar, süni sıxlıq məhz dayanma-durma qaydalarınının pozulmasının nəticəsidir”.

Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə tədbirlər planına start verib. "Qeyri-qanuni parkinq ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən əl çəksinlər. Əks halda polis müvafiq tədbirlər görəcək." 

Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaq. Odur ki, qeyri-qanuni parkinq yeri yaradaraq hüquqi və ya fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti