22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |    

"Təhsil naziri həmin müəllimdən üzr istəməlidir" - Fazil Mustafa

26.01.2022 - 130 - Sosial

"Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə?".


SHOWXEBER.AZ xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. Deputat bidirib ki, sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil:

"Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib? Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın üstünə çığırmısan. Hələ serifikasiyaya hazırlaşmağı demirəm. Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazım. Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır". 

Deputat qeyd edib ki, müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinədir:

"Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər, bu konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır".//unikal.org


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti