27.01.2022 - 102 - Sosial
Günümüzdə xəstəliklər o qədər çoxalıb ki, müasir tibb bəzən aciz qalır.
Çünki müasir tibb xəstəliyin yalnız fiziki tərəfinə nəzər yetirir. Lakin insanın yalnız fiziki bədəndən ibarət olmadığı və bütün xəstəliklərin öncə enerji bədənimizdə yarandığı artıq elmlə də sübüta yetirilir. Və bu, tək xəstəliklərə aid deyil.
İnsan çoxölçülüdür və energetik bədənimizdə yaranan hər bir deformasiya, neqativ, blokaj birbaşa həyat keyfiyyətimizə təsir edir.
Energetik bədənimizi şəfalandırmadıqda bəlaları, xəstəlikləri, problemləri həyatımıza çəkirik.
Və hazırda dünyada bir ilkə imza atan həmyerlimiz tərəfindən dünyada ilk dəfə Enerji Tibbi üzrə “Quantum Coaching” ixtisasının bakalavr təhsili başlamışdır.
Enerji tibbinin, enerji şəfa sisteminin dünyada hər gün daha çox populyarlaşmağına baxmayaraq, insanlar hələ də səhvlərə yol verir, bu sahədə natamam təhsil alır və şəfa vermək istəyərkən özlərini qoruya bilmirlər.
İntuisiyası güclü olan insanlar bəzən fərqli proqramlarla özlərini şəfalandırmaq, 3-cü gözünü aktivləşdirmək istəsələr də bu, hər zaman düzgün qaydada aparılmır.
Məhz buna görədir ki, intuisiyası güclü olan, müxtəlif ruhsal oyanış yaşayan insanlar oyanan enerji ilə necə rəftar edəcəklərini bilmədikləri üçün müxtəlif psixoloji problemlər yaşayırlar.
Bu ixtisas dünyada bir ilkdir. Daha əvvəl bənzərləri olsa da, bu qədər geniş və bu qədər elmi əsaslı nəzəriyyə tədris edilməmişdi.
Şərqlə Qərb enerji fəlsəfəsi və tibbini özündə birləşdirən təhsilin məzunları bir neçə istiqamətdə fəaliyyət göstərə bilər.
Məzunlarımız – “Quantum Transformation Coach” olaraq artıq beynəlxalq diplomlu enerji uzmanı, enerji tibbi uzmanı, hipnoterapevt, NLP master, regressoloq, münasibət koçu, dəyişim koçları olacaqlar.
Təlim zamanı tələbələrə çoxölçülü tibbin sirrləri də öyrədildiyi üçün məzunlar tam səlahiyyətli enerji uzmanı olaraq müxtəlif ağır xəstəlikləri, narkoloji və digər asılılıqları, ruhsal və psixoloji problemlərdən əziyyət çəkən insanları da müalicə edə biləcəklər.
Proqramın müəllifi enerji tibbində yeni bir çağ açan, xaricdə fəaliyyət göstərən həmyerlimiz, beynəlxalq statuslu enerji uzmanı Nilufər Mansurova kanallıq vasitəsi ilə əldə etdiyi bilgilərlə diabet xəstəliyi, onkologiya, şizofreniya, OKP, cinsi problemlər və fərqli xəstəlikləri uğurla müalicə etdiyi üçün bu bilgiləri tələbələrinə də ötürərək bilgilərin hər kəsə yayılmasına şərait yaradır.
Lakin bizə gələn çoxsaylı suallara cavab olaraq onu qeyd etməliyik ki, Enerji Tibbi ənənəvi tibbi əvəz etmir, əksinə, ənənəvi tibblə birgə müalicə olunmaq pasientlərimizə ən birinci tövsiyyəmizdir.
Hazırda tələbələrimiz arasında hüquqşünas, müəllim, marketoloq, jurnalistlər olmasına baxmayaraq tələbələrimizin çoxu həkimlərdir.
Dünyada bir ilkə addım ataraq çox qürurverici bir iş görsək də, digər tərəfdən bu, çox böyük məsuliyyətdir.
Beynəlxalq Brüssel universitetinin “Quantum Transformation Coach” fakültəsi üzrə təhsil onlayn aparılır.
İl ərzində 8 semestr, imtahanlar və təcrübə müddəti var.
Universitetə növbəti qəbul isə bu gündən başlayır.
Əlaqə üçün +994 51 302 43 25