19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Rəsulzadə ilə bağlı verilişin yayımı niyə AzTV-dən qaldırıldı - AÇIQLAMA

30.01.2022 - 143 - Sosial

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film efirdə yayımlanmayacaq.


“Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin müəllifi Hüseyn Cavadzadə məlumat yayıb. 

 
O, yanvarın 22-də səhifəsində layihənin Rəsulzadəyə həsr olunmuş filminin anonsunu paylaşaraq, verilişin yanvarın 30-də yayımlanacağını deyib:

“Təqdim etməyə, şərh etməyə tərifləməyə ehtiyac yoxdur. Azərbaycanın qurucusu Rəsulzadə “Yüz ilin sirləri”ndə! Ondan ötə sevgi yalnız Azərbaycan sevgisidir. Bu gün Azərbaycanın mövcudluğu , varlığı da onun qalibiyyətidir. Doğum günü ərəfəsində Azərbaycan televiziya məkanında ilk dəfə Məhəmməd Əmindən danışacağıq”.

Bundan sonra isə yanvarın 27-də filmin yayımlanmayacağını bildirib. Qeyd edib ki, veriliş tədbirlərin birində təqdim olunacaq.

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bundan sonra AzTV də bu barədə açıqlama yayıb:

“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur.

Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?

İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?

Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.

Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır”.




Showxeber Bizi instagramda izləyin



Xəbər xətti