12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

Bankda gördüyü qızı səhər saat 6-da zorla maşına mindirib apardı – TƏFƏRRÜAT

1.02.2022 - 211 - Hadisə

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtər rayonunda 20 yaşlı qızın oğurlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə Tərtər rayon Seydimli kənd sakinləri, 1991-ci il təvəllüdlü Bəndəliyev Asim Alı oğlu, onun qohumu, 2000-ci il təvəllüdlü Bəndəliyev Əmirqulu Zöhrab oğlu və həmkəndlisi Rzayev Şahlar Maarif oğlu Cinayət Məcəlləsinin 144.2.3-cü (ad oğurluğu – bir qrup şəxs və ya qabaqcadan əlbir olan dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham ediliblər.

 

Məhkəmədə məlum olub ki, Asim bir müddət əvvəl Tərtər şəhərindəki bankda olarkən uzaq qohumunu və onun yanındakı 20 yaşlı qızını görüb. O, həmin qızla evlənmək qərarına gəlib və evə qayıdan kimi anasına bu barədə deyib. Valideynləri bir neçə dəfə qızgilin evinə elçiliyə getsə də, qız və ailəsi bu izdivaca qarşı çıxıb. Bundan sonra Asim qızı oğurlamaq qərarına gəlib. Bu məqsədlə o, əmisi oğlu və dostu Şahlarla birgə plan qurub. Plana əsasən onlar Şahlara məxsus "Moskviç” markalı avtomobillə qızgilin yaşadığı kəndə gediblər. Səhər saat 6 radələrində qızın qoyunları tövlədən çıxardığını bilən Asim buna uyğun olaraq planını həyata keçirib. Aysel (şərti adlı) qoyunları tövlədən çıxaran kimi maşın ona yaxınlaşıb və kənddən bir nəfərin evinin yerini soruşub. Bu zaman onlar hücum çəkərək qızı zorla avtomobilə mindirib aparıblar.

 

Asim sevdiyi qızı Bərdə rayonuna bacısının evinə aparıb. Lakin qızın kəskin etirazlarını gördükdən sonra o, Ayseli atası evinə qaytarmağa razı olub.

 

Hadisədən sonra saxlanılan hər 3 şəxs istintaq müddətində polisin nəzarətində olmaqla azadlığa buraxılıblar. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda isə onların üçünün də həbs edilməsinə qərar verilib. Asim Bəndalıyev 4, digər 2 nəfər isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər və onlar məhkəmə zalındaca həbs ediliblər.

///Publika.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti