19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Karantin müddəti bitdikdən sonra SMS almadan evi tərk etmək olarmı?

1.02.2022 - 163 - Sosial

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusa yoluxan şəxslərin 7 günlük təcrid müddəti başa çatandan sonra SMS almadan yaşayış yerini tərk etmələrinin qanuni olub-olmadığına aydınlıq gətirib.


Agentlikdən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlara PCR test nəticəsi ilə bağlı SMS daxil olmayıbsa, bu zaman həmin şəxslər öz mobil telefonlarına "E-Təbib” mobil tətbiqini yükləməli, mobil tətbiqdə "Şəxsi kabinet” menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlaya bilərlər.

 

Qeyd olunub ki, yoxlama zamanı şəxsin şəkli qırmızı rənglə haşiyəyə alınıbsa və şəklin altında "Siz COVID-19 virusuna yoluxmusunuz!” ifadəsi qeyd olunubsa bu həmin şəxsin karantin müddətinin davam etdiyini göstərir: "Əgər sözügedən ifadə şəklin altında qeyd olunmayıbsa və şəkil bənövşəyi və ya yaşıl rənglə haşiyəyə alınıbsa bu həmin şəxsin karantin müddətinin başa çatdığını göstərir. Bundan əlavə, vətəndaşlara SMS gəlmədiyi hallarda PCR testinin nəticəsi ilə bağlı məlumatı yaşadıqları ərazi üzrə poliklinikaya müraciət edib şəxsiyyət vəsiqələrindəki FİN kodu təqdim edərək cavab ala bilərlər”.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə COVID-19 virusunun yeni mutasiyasına yoluxan şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PCR test nəticəsi "müsbət” olan şəxslərə və onların müəyyən olunmuş "sıx təmaslı”larına da şamil edilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti