09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Miri Yusif etdiyi təhqirlərə görə Sevinci MƏHKƏMƏYƏ VERDİ

3.02.2022 - 140 - Maqazin

Xalq artisti Miri Yusif onun haqda kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ittihamlar səsləndirən və çıxışlarında təhqirə yol verdiyi iddia etdiyi müğənni Sevinc Musayevanı məhkəməyə verib.


OLAY-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Binəqədi rayon məhkəməsində Musayeva Sevinc Aydın qızına qarşı cinayət məcəlləsinin 144-148-ci maddələrində yer alan şəxsin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölməsi əsas götürülüb.

Belə ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçən iclasda S.Musayeva 147.1 - Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, 148 - Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddələri ilə ittiham olunub.

Yanvarın 28-də keçirilən hazırlıq iclasına Sevinc Musayeva qatılmayıb, növbəti iclas 7 fevrala təyin edilib.

Qeyd edək ki, S.Musayeva Miri Yusif tənqid və təhqirlərin yer aldığı ifadələr yazmışdı.

Onu da bildirək ki, 147.1 maddə sübuta yetirilərsə, günahkar min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148-ci maddənin cəzası isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmədir. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti