4.02.2022 - 294 - Sosial
Abşeron rayonu, Məhəmmədi kənd sakini, 47 yaşlı Quliyev Nofəl Nail oğlu itkin düşüb.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun ailə üzvləri bildiriblər.
Qeyd olunub ki, N.Quliyev fevral ayının 1-də səhər evdən çıxıb, bir daha geri qayıtmayıb.
Evdən çıxarkən onun əyinində qara gödəkcə, başında papaq olub.
Nofəl Quliyevi görənlərdən 070-620-95-35, 055-720-95-35, 051-443-65-00, 070-823-80-32 nömrələri ilə əlaqə saxlanılması xahiş olunur.