09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Üç yaşlı Məryəmin canlı yayımda saxlanılan atası ilə bağlı - RƏSMİ AÇIQLAMA

5.02.2022 - 219 - Hadisə

Üç yaşlı Məryəm Hüseynlinin öldürülüb quyuya atılması ilə bağlı uşağın atası Taleh Allahyarov barəsində cinayət işi başlanılıb.


Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4 (əzab vermə) maddələri ilə cinayət işinin istintaqı aparılır.

 
Əzabvermə xüsüsatı ilə bağlı uşağın atası T.Allahyarov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 3 yaşlı qızı (2018-ci ilin sentyabrın 6-da dünyaya gəlib - red.) onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O, balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.

Hadisə ilə bağlı danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında olub. Verilişdə T. Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə onun qızı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələdiyi görünür.

Bu görüntülərdən sonra polis əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti