09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Telekanallara sənin çəkin qədər pul vermişəm" - Xatirədən Kazıma

8.02.2022 - 153 - Maqazin

Müğənni Xatirə İslam da telekanal rəhbərlərindən proqramlara qatılması üçün qonorar istəməsi məsələsi haqda açıqlama yayıb.

Axşam.az xəbər verir ki, Xatirə aparıcı Kazım Sübhanın "Bu günə qədər elələri oldu ki, əldə etdiyi uğurları televiziya sayəsində qazandı. İndi elə bir məqama çatmısınız ki, kanallardan qonorar istəyirsiniz. Axı hər şey zamanında qarşılıqlı olub. İndi belə bir iddia irəli sürmək düzgün deyil" sözlərinə belə cavab verib:

"Kazım, sən də televiziya vasitəsilə tanınmısan. Özü də bizdən fərqli olaraq pul xərcləmədən. Bu gün televiziyadan pul, maaş almırsan? Çəkini bilmirəm, amma 55 kiloqramdan ağır olmatsan. Sənin çəkin ağırlığında televiziyalara pul vermişəm ki, bu gün efirə gedəndə qonorar alım.

Vaxt olub anamın üzüyünü satıb bir verilişə vermişəm, eləcə də hamı. Xalqı aldatmayın, kim səhnəyə yeni çıxırsa o yolu keçməlidir, pulu ödəməlidir. Kiminsə qara qaşına, gözünə görə televiziya onu tanıtmır. Dədəmə borcu var mənim? Mənim istedadım olmasaydı, tanıtmazdılar. İndiki vaxta ağlın getməsin. Biz efirə çıxmırıq, kimi gəldi çıxardırsınız. O vaxt başqa cür idi, sambal məsələsi...".

Xatirə əlavə edib ki, bu istəyini rəsmiləşdirməyi də planlaşdırır:

"Qaldı ki, bu işin rəsmi olmasına... El bir olsa, dağ oynadar yerindən. Rəsmi də olacaq. Bir neçə nəfər də bu addımı atsın, bax gör, rəsmi olur, ya yox. Bir neçə adama söz vermişdim ki, kefim yaxşı olanda efirə gələcəm. Öz işimdir, kimdən qonorar istəyirəm, istəmirəm özüm bilərəm. Bunun yolu budur, belə olacaq. Sənin gözünün qabağında televiziyalara nə pullar xərclənib, bunu bilə-bilə deyirsən ki, vaxtında qarşılıqlı reytinq qazanmışınız. Vaxtında müğənni pulu ödəyib efirə çıxırdı, sənətçiyə ağzına gələni deyib, ağladıb, reytinqi televiziya qazanırdı. İndi ola bilər o şey? Pul ödəyənə güldən ağır söz demək olar? Həm pul verirdik, həm də efirdən sonra anamızın təzyiqi 1200 olurdu. Nə qədər ki, bu müğənnilərdə birlik olmayacaq, bax belə olacaq. Şir elə həmişə şirdir".

Qeyd edək ki, Xatirədən sonra Natavan Həbibi və Elşad Xose efirlərə getmək üçün kanal rəhbərlərindən qonorar istəyib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti