19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verildi - FƏRMAN

8.02.2022 - 119 - Sosial

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

SHOWXEBER.AZ xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.18-1-ci, 3.1.19-1-ci, 3.1.19-2-ci, 3.1.22-1–3.1.22-3-cü, 3.1.25-1–3.1.25-3-cü və 3.2.5-1-ci yarımbəndlər əlavə edilib:

“3.1.18-1. Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;”;

“3.1.19-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmadıqda, redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılması ilə bağlı məsələləri həll etmək;

3.1.19-2. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq;”;

“3.1.22-1. Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

3.1.22-2. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək;

3.1.22-3. Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;”;

“3.1.25-1. əhəmiyyətli tədbirlərlə bağlı siyahını hər il növbəti il üçün elan etmək, bu siyahını özünün rəsmi internet saytında yerləşdirmək və onun müntəzəm olaraq yenilənməsini təmin etmək;

3.1.25-2. media subyekti Media Reyestrindən çıxarıldıqda özünün rəsmi internet saytında bu barədə məlumat yerləşdirmək;

3.1.25-3. jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsini ləğv etmək və bu barədə özünün rəsmi internet saytında məlumat yerləşdirmək;”;

“3.2.5-1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü, 70.5-ci və 70.6-cı maddələrində nəzərdə tutulmuş hallarda jurnalist vəsiqəsinin təhvil verilməsini tələb etmək;”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti